MİQ imtahanları yekunlaşdı – Apellyasiya müraciətləri bu tarixdə başlayır

media-hightechnic-468x90

2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

media-banner_tkm

Qeyd olunub ki, iyulun 14-dən 18-dək təşkil olunan test imtahanlarına ümumilikdə 32 222 nəfər dəvət olunub. İmtahanlarda iştirak göstəricisi 96 faiz təşkil edib. İmtahanın son günü üzrə apellyasiya müraciətlərinin qəbulu iyulun 19-da saat 12:00-dan etibarən başlayacaq.

Test imtahanı mərhələsi zamanı qaydaları pozduğu müəyyən edilən 4 nəfər imtahandan kənarlaşdırılıb. Prosesin şəffaflığının və obyektivliyinin təmin edilməsi məqsədilə bütün imtahan mərkəzlərində ciddi nəzarət tədbirləri həyata keçirilib.

Müsabiqənin növbəti mərhələsi ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05