!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da məktəbdə atışma: Ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO

!Reklam – Yazi

ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində atışma baş verib.

Yenicag.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, atışma nəticəsində azı 17 nəfər ölüb, bir o qədər də yaralı var.

Atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki (Brovard dairəsi) məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

Polisin məlumatına görə, əvvəllər bu məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb.

Hadisə ilə bağlı ABŞ prezidenti Donald Tramp ölənlərin ailələrinə başsağlığı verib.

www.yenicag.az

2626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv