Maks But: “Tramp münaqişədən uzaq durmağa meylli görünür”

media-hightechnic-468x90

“Tramp həmin tələblərə qarşı ciddi mövqe sərgiləmək əvəzinə, münaqişədən uzaq durmağa meylli görünür”.

Yenicag.az xəbər verir ki, bunu xarici münasibətlər üzrə ekspert Maks But yazıb.

O, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə əlaqələrini yaxşı tutmasının səbəblərini təhlil edib.

Analitik bildirib ki, Ukraynanın qorunması məsələsi getdikcə daha çox Avropanın üzərinə düşə bilər:

“Tramp və Putin arasında baş tutan telefon danışığı sülh danışıqları üçün fürsət kimi qiymətləndirsə də, konkret irəliləyiş əldə olunmayıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın 30 günlük atəşkəs təklifini qəbul etsə də, Putin rədd cavabı verdi. Çünki Ukraynanın Rusiyanın tələblərinə – rejim dəyişikliyi, silahlı qüvvələrin məhdudlaşdırılması və Qərblə yaxınlaşmadan imtina etməklə bağlı razılıq vermədiyi müddətcə müharibənin davam edəcəyini bildirir. Tramp isə həmin tələblərə qarşı ciddi mövqe sərgiləmək əvəzinə, münaqişədən uzaq durmağa meylli görünür”.

Onun fikrincə, ABŞ-nin Ukraynaya yardımının azala biləcəyi ehtimalı fonunda Avropa ölkələrinin məsuliyyəti daha da artır:

“Tramp administrasiyası bəzi yardım addımları atsa da, gələcəkdə yeni yardım paketlərinin göndəriləcəyinə dair aydın vəd verməyib. Avropa ölkələri artıq mühüm yardım göstəriblər. “Kiel” Dünya İqtisadiyyatı İnstitutuna görə Avropa Ukraynaya 137,9 milyard avro, ABŞ isə 114,6 milyard avro yardım ayırıb. Lakin ABŞ yardımının azalması halında bu yükü daşımaq üçün Avropa dəstəyini ikiqat artırmalı, illik yardımı 82 milyard avroya çatdırmalıdır”.

O, əmindir ki, Ukraynanın özünü müdafiə qabiliyyətini artırmaq üçün Avropa yeni strategiyalar tətbiq etməlidir:

“Müdafiə sənayesinin daxili imkanları hələ tam inkişaf etmədiyindən, Ukraynanın artan müdafiə sənayesinə birbaşa sərmayə qoymaqla bu problemi sürətli və daha səmərəli həll edə bilər. “Danimarka modeli” adlanan yanaşma çərçivəsində Ukrayna artıq istifadə etdiyi dron və digər silahların təxminən 40 faizini özü istehsal edir. Xarici sərmayə ilə bu istehsal artırıla bilər. ABŞ-nin dəstəyi azaldıqda, bu model Avropanın Ukraynanı gücləndirməsi üçün mühüm alternativ olacaq. Həmçinin bu yanaşma yalnız humanitar məsələ deyil, həm də Avropanın öz təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Çünki Putin Ukraynada dayanmasa, növbəti hədəf Baltikyanı ölkələr və Polşa ola bilər”.

Nəsimi Ələsgərli

 

 

 

 

 

 

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600