ABŞ-da növbəti erməni cinayəti

media-hightechnic-468x90

amerikada-ermeni-cinayetiƏksəriyyəti etnik ermənilərdən ibarət olan 33 nəfərlik qruplaşmaya qarşı cinayət işi qaldırılıb

Birləşmiş Ştatların Kaliforniya Şimal dairəsinin prokurorluğu əksəriyyəti etnik ermənilərdən ibarət olan 33 nəfərlik qruplaşmaya qarşı cinayət işi qaldırıb. Bu qruplaşmanın qanunsuz dərman alverindən tutmuş, şəxsi məlumatların oğurlanmasına və sifarişli qətllərədək ən müxtəlif cinayət əməlləri ilə məşğul olduğu bildirilir. Əgər məhkəmə bu şəxslərin təqsirini isbat edərsə, onların əksəriyyətini nəzəri baxımdan 35 ildən 95 ilədək həbsxana cəzası gözləyir.

Ara Karabedyan və Gevork Ter-Mkrtçyan isə ömürlük həbsxana cəzasına məhkum edilə bilərlər. Bu iki nəfər Ter-Mkrtçyanı qəzəbləndirmiş bir nəfərin qətli üçün icraçı axtarırmışlar. Onlar axırda qətli 1500 dollara icra edəcək birisini tapsalar da, sui-qəsd həyata keçirilməyib. Məhkəmə bu kriminal sövdələşmənin əsas fiqurantları olaraq 45 yaşlı Karabedyanı, 29 yaşlı biznesmen Miqran Stepanyanı və onun əmisi oğlu 38 yaşlı Arturu göstərir. Bu cinayətkar qruplaşma şərti olaraq “Karabedyan-Stepanyan qruplaşması” adlandırılır. Onların amerikalı əlbiri, bir sıra dərman preparatlarının topdansatışı ilə məşğul olan David Miller 2010-2014-cü illərdə stepanyanlardan bir sıra saxta şirkətlər vasitəsilə 157 milyon dollarlıq ağrıkəsici, QİÇS və xərçəng dərmanlarının alınmasında ittiham edilir. Stepanyanlar guya dərman preparatlarını Şimali Hollivuddakı Old Sicily kafesinin sahibi Karabedyandan alırmışlar. Özlüyündə dərmanlar tamamilə qanuni idi, lakin ABŞ-da onların alqı-satqısı üçün xüsusi lisenziya tələb olunur. Federal Təhqiqatlar Bürosunun saytında deyilir ki, “Karabedyan-Stepanyan qurplaşmasımın” əsas cinayəti dərman alış-verişi ilə lisenziyasız məşğul olmaq olub. Fiqurantlar buna görə də preparatları saxta şirkətlərin vasitəsilə alırmışlar və məxfilik üçün ayamalardan istifadə edirmişlər. Məsələn, Miqran Stepanyanın adı bəzən George Kardaşyan və ya Zurab Ovanisyan kimi göstərilirdi. Karabedyan, həmçinin həkim resepti olmadan verilməyən güclü ağrıkəsici dərmanları bəzən pərakəndə qaydada satırmış. Qara bazarda belə dərmanlardan biri olan oksikodonun qiyməti 20-30 dollardır. Karabedyan, onun qızı Lanna və kürəkəni Armen Petrosyan müxtəlif vaxtlarda 500-dək saxta çeki nağdlaşdırmağa cəhddə ittiham edilirlər. Bu çeklərin əsas mənbəyi ABŞ-ın vergi idarəsi idi. Vergi idarəsinə saxta vergi bəyannamələri verilir və sonradan artıq ödənilmiş pullar üçün çeklər istənilirdi.

Prokurorluğun 33 səhifəlik ittihamnaməsində deyilir ki, müttəhimlər Asatur Maqzanyan, Tiqran Sarkisyan, Ripsime Xaçatryan və Xaçik Göycüyan onlarca adamın şəxsi məlumatlarını ələ keçirir, sonradan bu adlarla vergi bəyannamələri verilirdi. Göycüyan, həmçinin qanunsuz əməlləri üçün ona məxsus Mailworks poçt şirkətindən istifadə edirmiş. Bu şirkətin adı saxta bəyannamələrdə göstərilir, sonradan isə onların əvəzinə vergi idarəsindən çeklər daxil olurmuş.

İttihamnamədə deyilir ki, o, 2014-cü ilin martında vergi idarəsindən adı çəkilməyən kinorejissorun və rok qrupunun zərb çalanının adına yazılmış oğurluq çekləri nağd pula çevirməyə cəhd göstərilib. Prokurorlar bildirirlər ki, qanunsuz dərman satışından əldə olunan pullar və saxta çeklərin nağdlaşdırılması qruplaşmaya milyonlarla dollar qazanc gətirirmiş. Pullar guya müxtəlif şəxs və şirkətlərin adlarına açılmış bank hesabları vasitəsilə yuyulurmuş. Bu pullardan böyük məbləğlər qızıl alınmasına xərclənirmiş. İttihamnamənin sonunda milyonlarla dollar pul olan onlarca bank hesablarının siyahısı dərc olunub. Prokurorluq bu hesabları müsadirə etməyə hazırlaşır. Bu həftənin sonunda 32 təqsirli bilinən şəxs həbs olunub. 33-cü şəxs isə axtarışdadır.

Beləliklə, dünya növbəti erməni cinayətkar şəbəkəsinin ifşa edilməsinin şahidi oldu. Artıq neçənci dəfədir ki, ermənilərin cinayət əməlləri ilə bağlı xəbər yayılır. Bir neçə il bundan əvvəl erməni dələduzluğu ilə bağlı ən qalmaqallı məhkəmə prosesi ABŞ gündəmini tutmuşdu. ABŞ məhkəməsinin hökmü ilə adı gurultulu “erməni işi” üzrə hallanan Yerevan sakini Robert Tercanyan barəsində 10 il həbs qərarı çıxarılmışdı. Bundan əlavə, onun 1 169 680 dollar dəyərində itkiləri də ödəməli olduğu bildirilmişdi. O, 2011-ci ilin sonunda sığortalar, kredit kartları ilə bağlı fırıldaqçılıq və viza dələduzluğu kimi bir neçə cinayət törətdiyini etiraf edib. Bu dələduzluq nəticəsində Birləşmiş Ştatların vergiödəyicilərinə külli miqdarda zərər dəydiyi məlum oldu. Prokurorluq bildirir ki, 2008-2010-cu illər arasında Tercanyanın iştirakı ilə həyata keçirilən nəhəng dələduzluq sxemilə mövcud olmayan klinika, həkim və pasientlərin saxta ödənişləri əsasında yaşlıların dövlət “Medicare” tibbi sığorta şirkətinə 100 milyon dollarlıq hesabı təqdim olunub. Fırıldaqçılar bu hesabdan üçdə birini ələ keçiriblər. İttihamnaməyə əsasən, yüz minlərlə erməni mənşəli sakinin yaşadığı Kaliforniya ştatında qrupa David Mirzoyan, Nyu-Yorkda isə Robert Tercanyan başçılıq edib.
Qeyd edək ki, “erməni işi” adlandırılan məhkəmə prosesi çərçivəsində 28 nəfər ədalət məhkəməsi qarşısında durmalı olub.

Manhetten federal məhkəməsinin barəsində qərar çıxardığı Tercanyanı yerli qəzetlər “erməni qulduru” adlandırır. Doğrudan da onun kriminal tarixi özünün çoxsaylı epizodları və cinayətlərin rəngarəngliyi ilə adamı təəccübləndirir. 1992-ci ildə Birləşmiş Ştatlara turist vizası ilə gələn Robert vaxtı başa çatdıqda qeyri-leqal şəkildə burada qalır. Xırda oğurluqla məşğul olan Tercanyan üç dəfə həbs edilir. 1997-ci ildə erməni məhsullarını satan firma açır. Hər şey öz axarında gedirdi, lakin 2001-ci ildə Manhettenin gecə klublarından birində davaya düşür. Üç dostu ilə bura gələn Robert orada Artur Şaxumyan adlı soydaşı ilə dalaşır. Həmin şəxs klubda tapançasını çıxararaq onlara atəş açır. Robertin dostlarından biri yerində ölür. Yerdə qalan iki nəfər isə ağır yaralanır. Tercanyan isə Şaxumyanı öldürür, yaralı dostlarını xəstəxanana çatdırmaqla onların həyatını xilas etmiş olur. Onu həbs edirlər, lakin məhkəmə yalnız qanunsuz silah gəzdirmək maddəsi irəli sürür. 2003-cü ildə o, azad olunur. Ailəsi onu kriminal işlərdən çəkindirməyə müvəffəq olur və nəticədə Tercanyan yenidən erməni istehsallı məhsullar satmağa başlayır. Lakin varlanmaq ehtirası bir an belə ona rahatlıq vermir və tibbi sığortaçılarla bağlı işə qoşulur.

Beləliklə bəlli olan odur ki, ABŞ-ın hüquq-mühafizə orqanları ermənilərlə bağlı məsələyə ciddi girişib. Onlar Vaşinqtonu “sağmal inəy”ə çevirmiş “yazıq” və “iztirablı” xalqın nümayəndələrinin iç üzünü açma prosesinə başlayıblar(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600