ABŞ-da siyasi zəlzələ: Tramp noyabr seçkilərini uduza bilər?

media-hightechnic-468x90

“Tramp və komandası noyabr seçkilərində məğlub ola bilər.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bildirib.

Siyasi şərhçi son aylar müzakirə olunan mövzu- Trampın impiçmenti haqqında danışıb. Şərhçi hesab edir ki, Tramp haqqında impiçment qərarının alınması ehtimalı çox aşağıdır:

“Qarşıdan Amerikada gərgin dövr yaşanır. Noyabr ayında ölkədə aralıq seçkiləri keçiriləcək və seçkidə hazırkı hökümətin rəqib partiyaya qarşı şansları olduqca aşağıdır. Hazırda seçkilərdə “demokratların qələbə qazanması ehtimalı yüksəkdir. Belə bir şəraitdə Trampın impiçment məsələsi uzun müddətdir gündəmdədir. Hal-hazırda Trampın impiçmentinə qərar verilmə ehtimalı azdır. Hakim qüvvə komandasının üzləşdiyi vəziyyət gərgindir. İstər İrana qarşı müharibə, istər Rusiya – Ukrayna müharibəsi ilə bağlı prezident seçkilərindən öncə verilən vədlər yerinə yetirilməyib. Bu səbəblər Trampın aralıq seçkilərində qalib gəlmə ehtimalını azaldır amma hər bir halda problemin impiçment məsələsinə qədər gediləcəyini düşünmürəm. Ən azından ona görə ki, bu qərar ABŞ daxilində ciddi böhrana səbəb ola bilər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05