Reklam

Reklam

5614Yenicag anspress-ə istinadən bildirir ki, ABŞ-ın energetika informasiyası idarəsi neft qiymətlərinə dair bu ilin ilk proqnozunu dərc edib. Sənədə əsasən, neftin orta illik qiymətləri hazırkı göstəricilərdən yüksək olmalıdır.

İdarənin məruzəsində təklif və tələb arasında balansın pozulmasının dünya neft bazarına bundan sonra da təzyiq göstərəcəyi qeyd olunur. Belə ki, hazırda “qara qızıl”ın istehlakı azalır, bununla yanaşı, Birləşmiş Ştatların şist yataqlarında neft hasilatının artması nəticəsində bazarda xeyli miqdarda karbohidrogen ehtiyatı yığılır.

Şist yataqlarının istismarı keçən il Amerikaya hasilatı sutkada 8,7 milyon barrelə çatdırmağa və 1986-cı ildən bu yana rekord göstəriciyə nail olmağa imkan yaradıb. Bununla belə, 2015-ci ildə də “qara qızıl”ın qiymətinin ucuzlaşması ilə əlaqədar şist yataqlarının istismarında son altı ildən bəri ilk dəfə olaraq azalma müşahidə edilməsinə baxmayaraq, ABŞ-ın ümumi neft hasilatı yenə də artacaq.

Qurumun hesablamalarına görə, bu il WTI markalı neftin barrelinin orta qiyməti 54 dollar 58 sent, Brent markalı neftin qiyməti isə 57 dollar 58 sent təşkil edəcək.

ABŞ-ın energetika informasiyası idarəsi, həmçinin ilk dəfə olaraq 2016-cı il üçün proqnozlarını da dərc edib. Qiymətlərdə dönüş gözləyən ekspertlər həmin il WTI markalı neftin barrelinin orta hesabla 71 dollaradək, Brent markalı neftin barrelinin isə 75 dollara qədər bahalaşacağına ümid edirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."