ABŞ-də dəhşət: Avtomobili insanların üstünə sürdü - Ölənlər var

media-hightechnic-468x90

ABŞ-nin Texas ştatının Braunsvil şəhərində avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 7 nəfər ölüb.

Hadisə mayın 7-də yerli evsizlər mərkəzində baş verib.

Şəhər polisinin məlumatına görə, toqquşma nəticəsində daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobilin sürücüsü saxlanılıb, o, hazırda xəstəxanada mühafizəçilərin nəzarəti altındadır.

Qəzanın səbəbi hələlik məlum deyil. İnsident zamanı sürücünün narkotikin təsiri altında olması ehtimalı var./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600