ABŞ-də fövqəladə vəziyyət rejimi uzadıldı

media-hightechnic-468x90

ABŞ Prezidenti Co Bayden ölkədə fövqəladə vəziyyətin ölkənin kibertəhlükəsizliyinə təhlükə səbəbindən daha bir il uzadılmasına qərar verib.

Yenicag..az-ın məlumatına görə, bu barədə Ağ Evin saytında məlumat verilib.

Məlumata görə, ABŞ-də fövqəladə vəziyyət 2015-ci il aprelin 1-də tətbiq edilib.

“Kiberməkanda əhəmiyyətli zərərli fəaliyyətlər ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdidlər yaratmaqda davam edir. Odur ki, 2015-ci il aprelin 1-də elan edilən fövqəladə vəziyyət 2024-cü il aprelin 1-dən sonra da qüvvədə qalmaqda davam etməlidir”, – deyə bildirilib.

Qeyd edilib ki, qərar “Federal Reyestrdə dərc olunmalı və Konqresə göndərilməlidir”./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600