ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayırlar – VİDEO

ABŞ-də yaşayan azərbaycanlıların Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım aksiyası davam edir.

Yenicag.az xəbər verir ki, müxtəlif ştatlarda başlanan aksiyada zəlzələdən sonra insanlara lazım olan geyim, qida və digər vacib ləvazimatlar toplanılır.

Toplanan yardımlar çeşidləndikdən sonra Türkiyəyə yola salınır.