ABŞ-dən Ukraynaya fantastik yardım

media-hightechnic-468x90

ABŞ Ukraynaya silah alınması üçün 6 milyard dollar ayıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib.

“Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında bizə kömək edəcək”, – deyə o bildirib.

“Bu, indiyədək ən böyük yardım paketidir. Bura NASAMS və Patriot sistemləri ilə bağlı kritik vacib vasitələr daxil olacaq. Daha çox dronlar və digər avadanlıqlar olacaq. Böyük miqdarda artilleriya sursatları və yer-hava raketləri olacaq”, – deyə Lloyd Ostin qeyd edib./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600