ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasa gəldi

media-hightechnic-468x90

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti yanvarın 9-da Prezident Nikolas Maduronun kənarlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, ABŞ Dövlət Departamentinə məxsus “Dash 8-300” təyyarəsi Karakasda eniş edib. Səfər ABŞ-nin Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyəti fonunda baş tutub.

Mənbə ABŞ-nin Kolumbiyada yerləşən Venesuela Məsələləri İdarəsinin əməkdaşlarının, həmçinin ABŞ-nin Kolumbiyadakı səlahiyyətli səfiri Con Maknamaranın Karakasa səfirliyin mərhələli bərpası imkanlarının ilkin qiymətləndirilməsi məqsədilə gəldiklərini vurğulayıb./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05