!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Ədliyyə Nazirliyinə Trampın keçmiş xanım vəkili rəhbərlik edəcək

!Reklam – Yazi

ABŞ Senatı fevralın 5-də Pem Bondini ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.

Yenicag.az “The Hill” nəşrinə istinadla xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, 54 qanunverici Bondinin namizədliyini dəstəkləyib, 46 nəfər isə əleyhinə səs verib.

Bundan əvvəl o, Florida ştatının ilk qadın baş prokuroru olub və bu vəzifədəki fəaliyyəti yüksək qiymətləndirilib.

Bondi həmçinin keçmiş prezident Donald Trampın vəkili kimi fəaliyyət göstərib və 2020-ci ilin yanvarında Senatda onun səlahiyyətlərindən sui-istifadə və Konqresin apardığı təhqiqatın qarşısını almaq ittihamları üzrə məhkəmə prosesində onu müdafiə edib.

Senatda təsdiqlənmədən əvvəl keçirilən dinləmələr zamanı Bondi bir sıra suallara cavab verməkdən imtina edib və onları hipotetik adlandıraraq, Trampın qanunsuz hərəkətlərdə ittiham olunacağı təqdirdə xüsusi vəkil təyin edib-etməyəcəyi ilə bağlı suallardan yayınıb.

O, həmçinin Trampın 2020-ci il seçkilərində məğlub olduğunu etiraf etməyib, lakin Co Baydeni prezidentliyi dövründə “ABŞ-ın hazırkı prezidenti” adlandırıb.

Qeyd edək ki, Tramp əvvəlcə baş prokuror vəzifəsinə Florida ştatından Nümayəndələr Palatasının üzvü, onun qatı tərəfdarı olan Mett Qeytsi namizəd göstərmişdi. Qeyts insan alveri işi üzrə federal istintaqın hədəfi olub, lakin ona qarşı ittiham irəli sürülməyib. Nümayəndələr Palatasında isə onun yetkinlik yaşına çatmayan şəxslərlə mümkün cinsi əlaqələri və qanunsuz narkotik istifadəsi ilə bağlı araşdırma aparılıb.

Qeyts həmçinin Ukrayna barədə dezinformasiyalar yayaraq, bu ölkəyə hər cür yardımı dayandırmağa çağırıb.

Bu, Ədliyyə Nazirliyində narazılıq yaradıb. Bir sıra respublikaçı senatorlar Trampın ətrafına Qeytsin Senatda təsdiqlənməsinin çətin olacağını bildiriblər.

Bundan sonra Qeyts namizədliyini geri götürdüyünü açıqlayıb. O, qərarını izah edərkən senatorlarla “əla görüşlər” keçirdiyini, onların dəyərli rəylərini və bir çoxunun “inanılmaz dəstəyini” yüksək qiymətləndirdiyini bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Etika Komitəsinin dekabr ayının sonunda açıqladığı hesabatda Qeytsin qadınlara cinsi əlaqə müqabilində on minlərlə dollar ödədiyi və narkotik maddələr aldığı, bunun isə Nümayəndələr Palatasının bir sıra qaydalarını pozduğu qeyd olunub./qaynarinfo

www.yenicag.az

56
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv