ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başladı

media-hightechnic-468x90

Amerika Birləşmiş Ştatları Texas ştatındakı “Fort Hood” hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski “X” platformasındakı hesabında açıqlayıb.

“Hazırkı dövrə qədər nəzərdə tutulan hərbi heyətin 20%-dən çoxu, həmçinin hərbi texnikanın təqribən 70%-i “Fort Hood”dan Polşaya gətirilib ki, bu da qüvvələrin döyüş hazırlığının təmin edilməsində əsas amil hesab olunur”, – deyə paylaşımda qeyd olunub.

O bildirib ki, qurumun qiymətləndirmələrinə əsasən, rotasiya qrafiklərindəki yeniliklər ABŞ-nin 2-ci Süvari Alayını Almaniyanın Filsekk şəhərindən çıxarmaq niyyəti ilə əlaqədardır.

Qrodetskinin sözlərinə görə, bu bölmənin daha əvvəl Polşaya göndərilməsi planlaşdırılan Amerika zirehli tank briqadasını əvəz etmək üçün yönləndirilməsi mümkündür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05