ABŞ HHQ-nin qırıcısı Floridada təcili eniş etdi – SƏBƏB

ABŞ Hərbi Hava Qüvvələrinin “F-35A Lightning II” adlı  qırıcı təyyarəsi Florida ştatında yerləşən aviabazada təcili eniş edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, pilot eniş edərkən göyərtəsində qəza vəziyyəti barədə məlumat verib. Eniş edərkən qırıcının ön şassisi sınıb. Bildirilib ki, pilot xəsarət almayıb.

ABŞ HHQ-nin uçuşların təhlükəsizliyi üzrə komitəsi insidentlə baölı araşdırma aparır. Araşdırma 30 gün çəkə bilər.