Avropa liderləri ABŞ-ın Qrenlandiya ilə bağlı iddialarına münasibət bildiriblər
Danimarka, Polşa, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya Qrenlandiya ilə bağlı birgə bəyanat yayıb.
Yenicag.az xəbər verir ki, sənəddə vurğulanır ki, Danimarka və Qrenlandiyaya aid məsələlər üzrə qərarları yalnız Danimarka və Qrenlandiyanın özü qəbul etməlidir.
“Danimarka və Qrenlandiya ilə bağlı qərarları yalnız Danimarka və Qrenlandiya qəbul edə bilər və etməlidir”, – deyə bəyanatda qeyd olunub.












