Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

media-hightechnic-468x90

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər.

Yenicag.az xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır.

Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır.

Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur.

Prezident İlham Əliyev hər il Milad bayramında pravoslav icmasını təbrik edir./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa