Bir mənzil qiymətinə texniki dəstək: MİDA-nın onlayn sisteminə 106 min manat ayrıldı

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Publik Hüquqi Şəxsi “Güzəştli mənzil” sisteminin informativ hissəsi olan mida.gov.az saytına texniki dəstək xidmətlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.

Yenicag.az 32gun.az-a istinadən xəbər verir ki,  ehtimal olunan məbləği 106.200 AZN təşkil edən müqavilənin bağlanması gözlənilir.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmaya görə, qalib elan edilən “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 12 ay ərzində məlumatların idarə olunmasında texniki yardım göstərəcək, o cümlədən sistem üzərində strukturlaşdırılmış məlumatların əlavə olunması, yenilənməsi və silinməsi proseslərinə texniki dəstək verəcək, məlumatlarla işləmə zamanı yaranan çətinlikləri aradan qaldıracaq, idxal və ixrac əməliyyatlarında kömək edəcək, həmçinin yeni layihələrin – yaşayış komplekslərinin platformaya əlavə olunmasına dəstək göstərəcək.

Bununla yanaşı, şirkət eyni müddət ərzində mövcud funksionallığın dəstəklənməsi və uyğunlaşdırılması işlərini həyata keçirəcək, saytın funksiyalarına təşkilati dəyişikliklərə uyğun texniki düzəlişlər aparacaq, mövcud imkanları yeni tələblərə uyğun optimallaşdıracaq və genişləndirmə xidmətləri göstərəcək, lakin yeni modulların yaradılması bu layihəyə daxil edilməyib.

Müqavilə çərçivəsində operator və inzibatçılar üçün 7/24 saat rejimində texniki dəstək xidməti də təşkil olunacaq, administrator səlahiyyətləri daxilində qarşıya çıxan texniki çətinliklərə оператив yardım göstəriləcək, platformanın gündəlik istifadəsi ilə bağlı qısa izahlar və təlimatlandırma təmin ediləcək.

Eyni zamanda, 12 ay ərzində insidentlərin və texniki nasazlıqların aradan qaldırılması, saytın proqram təminatında baş verən səhvlərin – bug-ların müəyyən edilərək kod səviyyəsində düzəldilməsi, problemlərin təhlili və sistemin stabil fəaliyyətinin bərpası işlərinin də məhz bu şirkət tərəfindən icra olunması nəzərdə tutulur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa