!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ilə İsrail arasında QARŞIDURMA İMİTASİYASI: “Baydenin Netanyahunu sakitləşdirmək cəhdi...”

!Reklam – Yazi

“Netanyahunun bu inadkarlığı İsrailin fələstinlilərə qarşı törətdiyi soyqırımının dünya tərəfindən tanınmasına gətirib çıxaracaq”.

Bu fikirləri HƏMAS-İsrail savaşının davam etdiyi şəraitdə Vaşinqtonla Tel-Əviv arasında gərginliyin artmasına dair məlumatları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ABŞ-la İsrail arasında gərginliyin artması fonunda İsrail hökuməti daxilində də ciddi fikir ayrılıqları yaranıb:

“ABŞ-la İsrail arasında gərginlik heç vaxt real ola bilməz. Əgər real olarsa, Netanyahu dərhal istefaya getməlidir. Yəni belə bir vəziyyətdə onun vəzifəsində qalması mümkün deyil.

Digər tərəfdən, bu gərginlik həqiqətən baş qaldırsaydı, o zaman ABŞ və Böyük Britaniya Qırmızı dənizdə husilərə qarşı hərbi əməliyyatlar keçirməzdi. Çünki husilərə qarşı əməliyyatlar İsrailin müdafiəsi məqsədindən irəli gəlir.

Burada ola bilər, söhbət sadəcə, hərbi əməliyyatların dayandırılması və sülh danışıqlarının başlaması məsələsində iki ölkə arasında fikir ayrılıqlarının yaranmasından gedir. Netanyahu bu məsələdə yersiz inad göstərir.

Beynəlxalq Haaqa məhkəməsi İsrailin Qəzzada soyqırım törətməsi ilə bağlı məsələni müzakirəyə çıxarsa da, bunun Netanyahuya təsiri olmadı. İş o yerə çatıb ki, müdafiə naziri ilə Netanyahu arasında da açıq qarşıdurma yaranıb və o, Nazirlər Kabinetinin qapalı iclasını tərk edib. Nazir daha sonra iclasa qayıtsa da, bütün bunlar onu göstərir ki, İsrail hökumətində ciddi çatlar var.

Bu da deməyə əsas verir ki, İsrail hökuməti o qədər də möhkəm deyil. Qarşıda seçkilər gözlənilir. Netanyahunun bu inadkarlığı İsrailin fələstinlilərə qarşı törətdiyi soyqırımının dünya tərəfindən tanınmasına gətirib çıxaracaq. Bayden də onu sakitləşdirmək istəyir ki, məsələləri ört-basdır edə bilsinlər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv