Aşıq Namiq Fərhadoğlu: “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan”

media-hightechnic-468x90

“Bəzən həmin mahnılar o qədər uğurlu alınır ki, bilmirsən, süni zəka məhsuludur, yoxsa bəstəkar, yaxud aşıq mahnısı”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu deyib.

Sənətçi süni intellektlə ərsəyə gələn mahnılara münasibət bildirib:

“Süni intellektlə hazırlanan elə mahnılar var ki, qulaq asanda onun süni zəka məhsulu olduğuna inanmırsan. Mənim də dinlədiyim belə mahnılar olub. Açığı, digər mahnılardan heç seçilmirdi, çox yaxşı idi, xoşuma da gəlmişdi. Bəzən həmin mahnılar o qədər uğurlu alınır ki, bilmirsən, süni zəka məhsuludur, yoxsa bəstəkar mahnısı.

İnternet dövrüdür, bu gün studiyaların çoxunda mahnıları elə düz-qoş edirlər ki, eşidəndə özün də çaş-baş qalırsan. Amma həmin ifaçıya “dur, canlı oxu” desən, heç oxuya bilməyəcək. Hər halda, etiraf edək ki, canlı musiqinin yerini heç nə vermir. Çünki canlı musiqidə insanın öz hissləri, duyğuları var”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05