Azər Həsrət: “ABŞ mesaj verir ki, ölmüş olsanız belə, sizi tapıb vuracağıq”

media-hightechnic-468x90

“Xamneyinin məzarında yanğın baş verməsinin səbəbkarı Amerika ilə danışıqları manipulyasiya edən İran rəhbərliyidir”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

Şərhçi İranın Məşhəd şəhərində yerləşən Xamneyinin məzarında yanğın baş verməsinin mümkün səbəblərini izah edib:

“Amerikanın İran ərazisində vura bilməyəcəyi hər hansı bir nöqtə yoxdur. İstənilən hədəfi ən dəqiq şəkildə vurur və bu obyektin də hədəf alınması istisna deyil. Həqiqətən də İran tərəfi Xamneyinin qəbrinin qoruna bilmədiyi böyük ayıbını gizlətmək üçün sadə bir yanğın görüntüsü yaratmağa çalışır. Düşünürəm ki, digər tərəfdən, Amerika Xamneyinin dəfn yerini də hədəfə almaqla İranda ağlı başında olanlara növbəti mesajı verir ki, ‘bizdən qurtuluş yoxdur’. İranda rejim dəyişməlidir, İran dini dövlətdən imtina edib dünyəvi dövlətə çevrilməli və azad bir ölkə olaraq yoluna davam etməlidir. ABŞ həmçinin İranın Qərb və Amerika ilə normal münasibətlər qurmasını gözləyir. Vaşinqton Tehrana alternativin olmadığını növbəti dəfə başa salır. Belə hədəfləri vurmaqla Amerika göstərir ki, yerin altında, ya üstündə, hətta ölmüş olsanız belə, biz sizi tapıb vuracağıq. Bu, o deməkdir ki, başqa yol yoxdur, masa arxasında oturub Amerika və İsraillə normal münasibətlər qurun.

Görünür ki, İran rəhbərlərinin ağlı başına gəlmədiyi üçün Xamneyinin dəfnindən sonrakı günlərdə də Trampa və Avropa liderlərinə ölüm arzulayıb, şəkillərini daşlamaqla təhqir etməyə davam etdilər. Hətta İran parlamentində Trampın öldürülməsi ilə bağlı qanun layihəsi təklif edildi. İran hələ də belə sərsəm gedişlər etməkdədir. Bütün bunları nəzərə alaraq, ABŞ onlara kimin kimi öldürə biləcəyini növbəti dəfə xatırlatdı. Amerika İran prezidentini, Qalibafı və ya xarici işlər naziri Əraqçini öldürmək istəmir. Onlar normal danışıq apara biləcək şəxslərdir. SEPAH və bənzəri qurumların başında duranlar, ölüb-yaşadığını tam bilmədiyimiz dini rəhbərlik və digər məsələlərlə bağlı müəmma isə davam edir. Amerika da məhz onları başa salmaq üçün belə bir addım atmış ola bilər”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05