ABŞ-ın bu hava limanı uçuşları dayandırdı
Qum fırtınası nəticəsində ABŞ-ın Arizona ştatının Feniks hava limanında uçuşlar dayandırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, bütün reyslər təxirə salınıb. Aeroport binasında elektrik enerjisi kəsilib, dam örtüyünün bir hissəsi zədələnib./axar.az