ABŞ İran yaxınlığına böyük hərbi qüvvə yerləşdirdi: Müharibə qaçılmazdır?

media-hightechnic-468x90

“Mümkün qarşıdurmadan həm İran, həm də region dövlətləri ciddi ziyan görə bilər”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu politoloq Abutalıb Səmədov deyib.

media-abutalib_semedov-5

O, Cenevrədə başlayan İran və ABŞ arasındakı kritik nüvə danışıqları barədə gözləntilərini səsləndirib. Politoloq bildirib ki, ABŞ İran yaxınlığına iki böyük hərbi qüvvə yerləşdirib:

“Aviadaşıyan gəmi, yüzlərlə qırıcı təyyarə, helikopter və digər hərbi texnika bölgəyə cəlb olunub. Verilən bəyanatlar göstərir ki, tərəflərin razılığa gəlmək ehtimalı çox aşağıdır. Lakin cüzi də olsa, belə bir imkan qalır. Bunun üçün İran daha çevik mövqe tutmalı və ciddi güzəştlərə getməlidir. Ən azı nüvə proqramı ilə bağlı elə addımlar atmalıdır ki, ABŞ-ı mümkün hücum qərarından çəkindirə bilsin”.

Abutalıb Səmədovun sözlərinə görə, rəsmi Tehranın açıqlamaları İranın belə ciddi güzəştlərə getmək niyyətində olmadığını göstərir:

“Tərəflər danışıqlardan, sanki, bir fasilə kimi istifadə edərək daha yaxşı hazırlaşmağa çalışırlar. Tramp İrana 15 gün vaxt vermişdi və bu müddətin artıq təxminən yarıdan çoxu keçib. Üstəlik, o, bəzən verdiyi vaxtı tam gözləmədən də qərar verə bilir. Ehtimal olunur ki, yaxın günlərdə İrana hava zərbələri endirilə bilər”.

Ekspert vurğulayıb ki, mümkün qarşıdurma indiyə qədər baş vermiş silahlı toqquşmaların ən ağır və dağıdıcı olanı ola bilər:

“Amerika Birləşmiş Ştatları həftələrlə davam edə biləcək hərbi əməliyyata hazırlaşdığını dəfələrlə bəyan edib. Tələblər kifayət qədər sərtdir və onların bir qismini  ballistik raket proqramı, insan hüquqları və proksi qüvvələrə dəstəyin dayandırılması mövzusunu İran ümumiyyətlə müzakirə etmək istəmir. Reallıq bundan ibarətdir və təəssüf ki, bu toqquşmadan həm İran, həm də region dövlətləri ciddi ziyan görə bilər”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05