ABŞ İraqa 1500 təyyarə göndərir
ABŞ prezidenti Barak Obama İraqa daha 1500 hərbçinin göndərilməsi barədə qərar verdi.
Bununla da İraqdakı ABŞ əsgərlərinin sayı 2900-ə çatdı. Ağ Ev-dən verilən açıqlamaya görə, İraqa göndərilən amerikalı hərbçilər İŞİD-ə qarşı döyüşən İraq və kürd əsgərlərinə təlim keçəcəklər. Ağ Evin Konqresdən İraq və Suriyada hərbi əməliyyatların keçirilməsi üçün 5,6 milyard dollar tələb edəcəyi də bildirilir. Həmin məbləğin 1,6 milyard dolları Bağdad və Ərbil yaxınlığında 2 yeni mərkəzin yaradılması üçün sərf ediləcək.
Pentaqonun verdiyi açıqlamaya görə, isə Birləşmiş Ştatlar İŞİD-lə mübarizə aparan İraq ordusuna dəstəyi qarşıdakı həftələrdə də artırılacaq.
Pentaqon sözçüsü Con Kirbinin dediyinə görə, ABŞ Mərkəzi Komadanlığı Bağdad və Ərbil yaxınlığında iki yeni məsləhət və əməliyyat mərkəzi yaradacaq. Onlar iraqlılara kömək edəcəklər. O İraq yaxınlığında 12 briqadanın olduğunu və bunlardan 9-nun İraq ordusu, 3-nün isə peşmərgələrin briqadasına təlim veriləcəklərini bildirdi.
“Təlimçilər İraq tərəfinin xahişi ilə gedir. Orda əhali və ordu çox böyük təhlükə qarşısındadır. Amma Biz 2011-ci ildən sonra bu ölkədə qalmaq istəmirik”- deyə Con Kirbin əlavə edib.
Pentaqon sözçüsü İraqa göndəriləcək əsgərlərin bu aydan etbarən yola salınacağını deyib. O, göndəriləcək Amerika əsgərlərinin əsir düşməyəcəyini də xüsusi vurğulayib. Pentaqon sözçüsü Con Kirbi 700 təlimçinin isə koalisiya ölkələrindən gələcəyin də bildirib.
Birləşmiş Ştatlar prezidenti Barak Obamanın İraqa qoşun göndərmək qərarı seçkilərdən sonra Konqres liderləri ilə ilk baş tutan görüşü il eyni günə təsadüf edib. Obama İŞİD-lə mübarizə üçün Konqresdən yeni icazə istəyib.
Ekspertlər isə hesab edirlər ki, Brak Obamanın İŞİD-lə mübarizə strategiyası kifayət qədər deyil və çoxları Obamanı bu strategiyaya yenidən nəzər keçirməyə çağırır. İŞİD yaraqlılarının İraq boyunca böyük ərazilər zəbt etməsindən narahatlıq keçirən Barak Obama 2011-ci ildə ABŞ qoşunları bu İraqdan çıxarılandan bəri ilk dəfə olaraq bu ölkəyə “qeyri-döyüş” əsgəri birləşmələrinin göndərilməsi qərarına gəlib.(anspress.com)