ABŞ İsraili qurban verir" TEZİSİ: "Strateji ittifaq hələ də qüvvədədir"

media-hightechnic-468x90

“Fərqli yanaşmalar ABŞ və İsrail arasında ciddi fikir ayrılığı olduğu təəssüratı yaratsa da, geopolitik reallıq göstərir ki, tərəflər arasında strateji ittifaq hələ də qüvvədədir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

media-resad1323

O, dünya mediasında yayılan “ABŞ İsraili qurban verir” fikirlərinə münasibət bildirib.

Politoloq qeyd edib ki, son günlər Yaxın Şərqdə baş verən hadisələr və ABŞ rəhbərliyinin açıqlamaları müharibənin gələcəyi ilə bağlı yeni müzakirələr yaradıb:

“ABŞ prezidenti Donald Trampın İranla müharibənin “böyük ölçüdə bitdiyi” barədə fikri ilk baxışdan Vaşinqtonun münaqişəni bitirmək istəməsi kimi şərh olunurdu. İsrail rəsmilərinin əməliyyatların davam edəcəyini bəyan etməsi isə strategiya fərqləri barədə suallar doğurdu. Lakin ABŞ və İsrail münasibətləri illərlə formalaşmış dərin strateji əməkdaşlığa, hərbi texnologiyalar və kəşfiyyat mübadiləsinə əsaslanır. Bu münasibətlərin birdən-birə dəyişməsi real görünmür. Bu səbəbdən “ABŞ İsraili qurban verir” tezisi emosional şərh kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, əslində müşahidə olunan fərq yalnız tərəflərin müharibəyə yanaşma strategiyasındadır:

“ABŞ üçün əsas prioritet regional müharibənin daha geniş miqyas almasının qarşısını almaqdır. İranla birbaşa qarşıdurma qlobal iqtisadiyyat və enerji bazarlarında ciddi sarsıntılar yarada bilər. Hörmüz boğazı kimi strateji enerji marşrutlarının təhlükə altına düşməsi dünya iqtisadiyyatı üçün böyük risklər yaradır. Bu baxımdan Vaşinqton üçün məqsəd İranın hərbi potensialına zərbə vurub, münaqişəni genişləndirməməkdir. İsrailin yanaşması isə fərqli təhlükəsizlik doktrinasına əsaslanır. İsrail təhlükənin tam neytrallaşdırılması prinsipinə üstünlük verir və müharibənin hədəflərə çatana qədər davam etməsini istəyir”.

Rəşad Bayramov sonda vurğulayıb ki, ABŞ-nin müharibəni tez bitirmək istəyi daha çox qlobal strateji balansla, xüsusilə Asiya-Sakit okean regionundakı rəqabətlə bağlıdır:

“Elə Trampın “müharibənin dayandırılması ilə bağlı qərar yalnız İsraillə birgə veriləcək” bəyanatı da bunun sübutudur. Odur ki, mən hazırkı vəziyyəti ABŞ-nin İsraili qurban verməsi kimi dəyərləndirməzdim. Zaman-zaman taktiki fərqlərin olması ittifaqın dağılması anlamına gəlmir”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05