ABŞ kəşfiyyatından etiraf: "Başqa ölkələrdə biolaboratoriyalar fəaliyyət göstərir"

media-hightechnic-468x90

ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Qabbard bildirib ki, ABŞ tərəfindən maliyyələşdirilən və xarici ölkələrdə fəaliyyət göstərən biolaboratoriyalarda “təhlükəli patogenlər” üzərində aparılan tədqiqatlar qlobal fəlakətə səbəb ola bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, siyasətçilər və bəzi məmurların ABŞ-nin dəstəklədiyi biolaboratoriyaların mövcudluğu barədə dəfələrlə ictimaiyyəti aldatdığını, hətta həqiqəti açıqlamağa çalışanlara təzyiq göstərdiklərini deyib.

Qabbard vurğulayıb ki, bu laboratoriyalarda hazırda və ya əvvəllər yüksək yoluxucu patogenlər üzərində araşdırmalar aparılıb, bəzi hallarda isə onların virulentliyinin artırılması istiqamətində təhlükəli işlər görülüb. Bu fəaliyyətlər çox az şəffaflıq və nəzarət altında həyata keçirilib.

O əlavə edib ki, hazırkı ABŞ Prezidenti Donald Tramp bu cür tədqiqatların amerikalılar üçün ciddi təhlükə yaratdığını anlayaraq bir il əvvəl xaricdə aparılan virulentliyin artırılması layihələrinin maliyyələşdirilməsini dayandırmaq barədə göstəriş verib.

Milli Kəşfiyyatın araşdırmaları nəticəsində bu obyektlərdə aparılan klinik sınaqlarla bağlı yeni detallar üzə çıxıb və bu, etik, maliyyə və təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur. Qabbard qeyd edib ki, bu laboratoriyaların mövcudluğu, yerləşdiyi yerlər və fəaliyyəti nüfuzlu şəxslər tərəfindən qəsdən gizlədilib.

O, Milli Kəşfiyyat aparatının bu laboratoriyaların dəqiq ünvanlarını, orada saxlanılan patogenləri müəyyənləşdirmək və virulentliyin artırılması üzrə tədqiqatlara son qoymaq üçün işini davam etdirəcəyini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05