Amerikalı konqressmen Mario Dias-Balart (Florida ştatını təmsil edən respublikaçı) yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Yenicag.az “TASS”a istinadən xəbər verir ki, bu barədə siyəsətçinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, koronavirusun ilk əlamətləri konqressmendə martın 14-ü qeydə alınıb.
M.Dias-Balart öz növbəsində “Twitter” səhifəsində özünü yaxşı hiss etdiyini bildirib.
Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7,7 mini ötüb, onlardan azı 118-i dünyasını dəyişib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib./Trend/
www.yenicag.az