ABŞ-la Çin razılaşmadı - G20-nin videokonfransı təxirə salındı

media-hightechnic-468x90

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Yenicag.az-ın məlumatına görə, buna ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu barədə fikir ayrılığı səbəb olub.

Qeyd olunur ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin tərəfi isə təşkilatın fəaliyyətini araşdırmaqdan imtina edib.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılıqları aradan qalxandan sonra keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600