Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir" - Vüqar Zifəroğlu

Reklam: Sinerji Pro

“Mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlərlə müşayiət olunan bu oyunda hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ay ərzində bəlli olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Əfqanıstanda baş verən prosesləri dəyərləndirən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Əfqanıstandakı son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır:

“Söhbət Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi başlıca qlobal layihəsi olan – “Bir qurşaq – bir yol” layihəsidir. Əfqanıstan isə bu layihədə olduqca önəmli nöqtədir. ABŞ Əfqanıstandan çıxdığını elan edir. Bunun fonunda ilk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Həmin Mərkəzi Asiyanı ki, sözügedən layihədə önəm daşıyır. Bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük.

Deməli, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, 70-ci illərin sonlarında məhz silahlı islami hərəkat kimiAmerika tərəfindən Sovetlərə qarşı yaradıldı və dəstəkləndi. İndi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli çəkilir. Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amerikalı hərbi kontingent olan ölkədir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Bura Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Onların Qətərlə də münasibətləri ziddiyyətlidir. Türkiyə isə “Bir qurşaq-bir yol” layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri taniya biləcəkləri ehtimalı realdır.

Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Rusiya və İranın ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər. Belə ki, həmin bölgədə El-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələlərin aktivləşməsi zaman məsələsidir”.

Ekspert hesab edir ki, növbəti mərhələdə prosesin Şimalı Qafqaza keçməsi də realdır:

“İran zatən etnik ərəblər və bəluclar yaşayan bölgədə sıxıntı çəkir, Pakistan isə etnik bəluclara dəstək verir. Lakin həm Rusiya, həm də İran eyni zamanda Çinin “bir qurşaq-bir yol” layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər. Baxmayaraq ki, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər. Xatırlatmaq istərdim ki, 2011-ci ildə Yaxın Şərqdə ərəb baharı başladılanda da hədəflər başqa idi, nəticə tam əksi oldu”.

Gülşən Şərif

www.yenicag.az

241
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100