!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ni İsraildən “uzaqlaşdıran” SƏBƏB: “32 min fələstinli məhv edildikdən sonra...”

!Reklam – Yazi

 

“ABŞ sona qədər İsrailin yanında olsa da, indi görür ki, bütün dünya ayağa qalxıb”.

Bu sözləri ABŞ-ın İsrail-HƏMAS toqquşması ilə bağlı BMT-də neytral mövqe tutması, Rəfaha hücumda iştirak etməməsi və Tel-Əvivin buna sərt reaksiya verməsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, İsrail hazırda Fələstin xalqına qarşı aşkar soyqırım siyasətini davam etdirir:

“İsrail çalışır ki, Qəzza zolağında yaşayan bütün ərəbləri sıxışdırıb ərazidən çıxarsın, bununla da Sinay yarmadası və Qəzza zolağı ərəblərdən tamamilə təmizlənsin. Buna bəhanə kimi də 17 oktyabr terror aktını gətirir.

Fələstinin yerli ərəblərdən təmizləməsi İsrailin strateji hədəfidir. Bunun üçün terror aktları törədilib, fələstinlilər çoxsaylı qırğınlara məruz qalıb. İsrail dünyaya səs salmışdı ki, 1200 İsrailli öldürülüb. Bunun qarşılığında 32 min fələstinlini məhv edəndən sonra ürəyi soymayıb, onları yenə də qırmaq istəyir.

İsrail bütün fələstinlilərin öz vətənlərini tərk etməsi üçün hər şeyi edirlər. İndiyə qədər dörd milyondan çox fələstinli öz vətənindən didərgin düşüb. ABŞ sona qədər İsrailin yanında olsa da, indi görür ki, bütün dünya ayağa qalxıb. ABŞ-dakı yəhudilər də İsrailin etdiklərinə qarşı çıxır. Hamı vicdansız deyil. Yəhudi xalqının içərisində xeyli sayda sağlam düşünən, vicdanlı insanlar var. Ona görə də, İsrail bu gün təklənmiş vəziyyətdədir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv