!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin Azərbaycanda içməli su ilə bağlı hesabatı: "Bu cür iddiaların məqsədi insanlarda qorxu yaratmaqdır"

!Reklam – Yazi

“Əgər çaylara zəhərli maddə buraxılmırsa, təhlükəli heç nə yoxdur. Çünki axar çaylar bir neçə kilometrdən sonra özünü təmizləyir”.

Bunu ABŞ-nin Yel Universitetinin “Dünyanın su xəritəsi” adlı hesabatının Azərbaycanda içməli suyun təhlükəli həddə olduğu ilə bağlı iddialarına münasibət bildirən “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, ilk öncə Azərbaycanda içməli suyun nə ilə və necə yoxlandığını bilmək lazımdır:

“Araşdırmanın hansı laboratoriyada aparıldığını qeyd etməyiblər. Ələvə olaraq isə hər kəs Azərbaycanın əsas su qaynağının Kür çayı olduğunu bilməlidir. Ortaya maraqlı sual çıxır, Türkiyə, Gürcüstan ərazisindən keçən Kür çayının saflıq səviyyəsi həmin ölkələrdə də ölçülübmü?

Bəli, sular müxtəlif bölgələrdə müxtəlif minerallara malikdir. Bu səbəbdən fərqli göstəricilərin müşahidə olunması normaldır. Ancaq ABŞ-dən Azərbaycan suları haqda iddialar səsləndirmək, “içmək üçün təhlükəlidir” mesajları vermək sadəcə insanlarda qorxu yaratmaq üçün atılan addımdır.

Bu gün dünyada dəniz suyu təmiz su kimi içməli vəziyyətə gətirilirsə, nə vaxtdan çay suları təhlükəli olub? Əgər çaylara zəhərli maddə buraxılmırsa, təhlükəli heç nə yoxdur. Çünki axar çaylar bir neçə kilometrdən sonra özünü təmizləyir. Əgər Ermənistan ərazisindən keçən Araz çayına zəhərli maddələr buraxılmırsa Azərbaycan üçün heç bir təhlükə yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv