“Göstərilən hesabatların tam olaraq həqiqəti nə qədər əks etdirdiyi şübhəlidir”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hazırladığı hesabatın reallığı nə qədər əks etdirdiyi barədə fikirlərini açıqlayan politoloq Ramal Məsimov deyib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamentin insan haqları ilə bağlı hesabatları hər il bir qayda olaraq ABŞ dövlətinin maraqları çərçivəsində hazırlanır.
“Düzdür, ola bilər ki, bəzi nüanslarda müəyyən dövlətlərə qarşı münasibətlərdə balansı qorumaq üçün real vəziyyəti əks etdirsinlər. Amma ümumi yanaşsaq hazırlanan hesabatların heç də hər biri reallığı tam əks etdirmir.
Bu, ABŞ-nin ənənəvi xarici siyasətidir. Müəyyən dövlətlərlə münasibətləri stabil saxlamaq xətrinə insan haqlarında olan pozuntuları belə görməzdən gəlirlər. Misal olaraq, bir sıra ərəb ölkələrini göstərmək olar. Bu baxımdan, ABŞ Dövlət Departamentinin 2023-cü insan haqları ilə bağlı hazırladığı hesabatı real qəbul etmək doğru olmaz. Nəticə etibarilə sözügedən hesabat Azərbaycan üçün prioritet hesab edilə bilməz”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az