!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin uğursuz “Vilson planı” YENƏ DÖVRİYYƏDƏ: “Azərbaycana qarşı təzyiqlərin artırılması…”

!Reklam – Yazi

“Danışıqların ABŞ-nin dominantlığı altında məhz Vaşinqtonda davam etdirilməsi şərti də bu təzyiqlərin tərkib hissəsi ola bilər”.

Bu fikirləri ABŞ Konqresində Ermənistana dəstək xarakterli sənədin qəbulu və Azərbaycana qarşı təzyiqlərin artırılmasının səbəblərini dəyərləndirən politoloq Tural Əliyev  Yenicag.az-a açıqlamasında deyib.Politoloqun sözlərinə görə, ABŞ-nin Azərbaycana qarşı bu təzyiqlərinin arxasında onun öz maraqlarını regionda təmin etmək niyyəti dayanır:

“Konqresə təqdim edilən sənədi və dinləmələri təhlil etsək, onun ilk növbədə ABŞ-nin illərdir bəyan etdiyi bəşəri dəyərlərə zidd olduğu vurğulanmalıdır. Həmin sənəddə Azərbaycan rəhbərliyindən tələb olunub ki, “Dağlıq Qarabağ”ın hərbi və siyasi rəhbərliyi dərhal və qeyri-şərtsiz azad edilsin.

Halbuki onların hər biri Azərbaycan Respublikası qanunlarını pozaraq ərazilərimizdə narkotrafik, qanunsuz silah ticarəti, təbii sərvətlərin talanması ilə məşğul olublar. Həmin şəxslərin hər birinə konkret maddələr üzrə ittiham elan olunub.

Hər dəfə beynəlxalq qanunvericiliyi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutmağı tövsiyə edən ABŞ bununla separatizmə dəstək verir və “Dağlıq Qarabağ” ifadəsini dəfələrlə təkrarlayır. Eyni zamanda, bu dalğada Azərbaycan əleyhinə müəyyən sanksiyaların tətbiqinə çağırış edilir.

Bu kimi absurd ittihamların ardınca ABŞ Azərbaycan və Ermənistanı sülhə dəvət edir. Belə ziddiyətli yanaşma fonunda “sülh çağırışı” çox paradoksaldır. Ola bilsin, ABŞ-nin Azərbaycana yönəlik bu kimi təzyiq xarakterli addımlarının arxasında Cənubi Qafqazda öz maraqlarını möhkəmləndirmək üçün nəzərdə tutduğu şərtlərin nizamlama prosesində nəzərə alınması istəyi dayanır.

Eyni zamanda, danışıqların ABŞ-nin dominantlığı altında məhz Vaşinqtonda davam etdirilməsi şərti də bu təzyiqlərin tərkib hissəsi ola bilər. Azərbaycan isə ABŞ-nin belə qəbuledilməz mövqe ifadələrindən sonra əvvəldən planlaşdırılan Vaşinqton görüşündən imtina etdi. Yəni Vaşinqtonun bu davranışları onun öz maraqlarını regionda təmin etməkdən qaynaqlandığı ortadadır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

454
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv