Müharibənin coğrafiyası genişlənir: Ukrayna və Yaxın Şərq cəbhələri kəsişir — Təhlil

media-hightechnic-468x90

“Ukrayna – Rusiya və İran – ABŞ müharibəsi sərhədləri aşaraq bir-birinə qarşı təhdidə çevrilib.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib

Ekspert Ukraynanın Xəzər dənizində İrana məxsus gəmiyə zərbə endirməsini və bunun fonunda tərəflər arasında artan təhdidləri ətraflı təhlil edərək, hərbi əməliyyatların coğrafiyasının daha da böyüyə biləcəyini vurğulayıb:

“Müharibələrin əhatə dairəsi tədricən genişlənir. Bu dinamika həm Ukrayna-Rusiya, həm də ABŞ-İran xəttində müşahid olunur. Ukraynanın Xəzərdəki gəmiləri hədəf alması İranın Rusiyaya etdiyi hərbi yardımlarla əlaqələndirilir. İddia olunur ki, həmin gəmilər vasitəsilə Rusiyaya silah daşınır. İran tərəfi isə bu cür hücumların qarşısının alınacağını bəyan edir. Bütün bunlar göstərir ki, həm Yaxın Şərqdə, həm də Şərqi Avropada müharibənin arealı dəyişir. Digər tərəfdən, Rusiyanın Şimali Koreyadan əlavə canlı qüvvə cəlb etməsi və onları təlimlərdən sonra Ukraynaya qarşı döyüşlərə göndərməsi də miqyasın böyüdüyünü sübut edir. Bu proses qlobal siyasi və iqtisadi vəziyyəti kəskin çətinləşdirir.”

R. Məmmədovanın fikrincə, münaqişənin genişlənməsi III Dünya müharibəsinə gətirib çıxara bilər:

“Müharibənin miqyası böyüdükcə digər dövlətlər də prosesə cəlb olunur. Burada əsas vəzifə sabitliyi bərpa etməkdir. Lakin görünən odur ki, ABŞ müəyyən dərəcədə geri çəkilib. Donald Tramp da artıq atəşkəsin əldə olunması və danışıqlar masasına qayıdılması ilə bağlı bəyanatlar verir. Vaşinqton bu məsələdə həlledici rol oynayır. ABŞ indi diplomatiyaya üstünlük verməlidir. Birincisi, Ukrayna-Rusiya savaşında hər iki tərəfə göstərilən dəstəyin dayandırılması müzakirə olunmalıdır. İkincisi, Körfəz ölkələrinin bu münaqişəyə qoşulmasının qarşısı alınmalı və İsrailin aqressiv mövqeyi cilovlanmalıdır. İsrailin maksimalist iddialardan əl çəkməsi, ABŞ və İran arasında draws (qarşılıqlı) müzakirələrin bərpası vacibdir. Hazırda İsrail rəhbərliyi prosesləri çıxılmaz vəziyyətə salıb, Vaşinqton isə böyük ölçüdə Netanyahunun diqtəsi və lobbi qruplarının təsiri ilə hərəkət edir.”

Analitik hesab edir ki, tərəflər gərginliyi azaltmazsa, Avropa ölkələri də prosesə müdaxilə etmək məcburiyyətində qalacaq:

“Ukrayna və İran arasında gərginliyin artması təhdidlərin daha da kəskinləşməsinə xidmət edə bilər. Əgər Tehran Ukraynanı birbaşa hədəf alarsa, ona qarşı ciddi təzyiqlər tətbiq olunacaq. Problem diplomatik yolla həll edilməsə, Yaxın Şərqdəki müharibə də uzun müddət səngiməyəcək. Reallıq göstərir ki, hərbi əməliyyatlar hələ bir müddət davam edəcək və diplomatik masada razılıq əldə etmək kifayət qədər çətin görünür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05