ABŞ-nin Vensuelaya hərbi müdaxilə TƏHDİDİ: "Tramp Rusiyanın təsirini azaltmaqla..."
“ABŞ Venesuelanı Rusiyanın təsirindən çıxartmaq istəyir”.
Bu fikirləri ABŞ-nin Venesuelaya qarşı sərt mövqeyinin səbələrindən danışan politoloq Aqşin Kərimov Yenicag.az-a açıqlamasında səsləndirib. 
A. Kərimov ABŞ Prezidenti Donald Trampın venesuelalı həmkarı Nikolas Maduro ilə danışıq masasına oturmaq istəməsi ilə bağlı açıqlamasını şərh edib:
“ABŞ Venesuelaya qarşı güc tətbiq etmək ssenarisini nümayiş etdirir, lakin bilməliyik ki, bu ssenari ilə ABŞ hansı dvidendlər əldə etməyə çalışır. İlk növbədə, hərbi güc qarşıdurması ABŞ-yə indiki məqamda sərf etmir, lakin bu əzələ nümayişi Venesuelanı Rusiyanın təsirlərindən azaldılmasına məcbur edəcək qərarlar vermək üçündür. Görünür ki, Tramp Rusiyanın Venesuelaya təsirini azaltmaqla ABŞ-nin mövqelərini gücləndirmək niyyətindədir”.
Politoloq qeyd edib ki, ABŞ son vaxtlarda Çin və Rusiyanın bu ölkə ilə əlaqələrinə zərbə vurmaq istəyir:
“Digər tərəfdən, ABŞ Nikolas Madurodan, ola bilər ki, daha geniş əməliyyatlar üçün müəyyən qərarlar verməsini istəyir və bu qərarların fonunda daha çox Rusiya-ABŞ mövqelərinin necə toqquşacağına dair proqnozlar vermək mümkündür. Həmin regionda Çinin də mövqeləri getdikcə güclənir və ABŞ Venesuelaya təzyiq elementlərini işə salmaqla Rusiya ilə bərabər Çinin də regionda artan nüfuzunun qarşısında sədd çəkmək istəyir. Bununla belə, Venesuela ilə problemləri hərbi güc ssenarisi yolu ilə həll etmək ABŞ-də prioritet olaraq qalmaqdadır. Lakin bu prioritet ABŞ-nin öz daxilində müəyyən narazılıqlar yaradır. Belə ki, ABŞ CİA direktoru ilə artıq Milli Kəşfiyyat direktoru arasında ciddi ixtilafların olduğuna dair etiraflar dolaşmaqdadır. Görünən odur ki, ABŞ-nin özünün də vahid bir mövqeyi yoxdur, lakin vahid mövqeyin yaradılması üçün müəyyən hərəkətlənmələr var və Vaşinqton əgər zərurət yaranarsa, son anda Venesuelaya hərbi güc tətbiqini həyata keçirəcək”.
Nurlan Cəfəri












