!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ prezidenti Çinə səfər etməyə hazır olduğunu bildirib

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp Çinə səfər etmək niyyətini bildirib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson Çin Xalq Respublikasının (ÇXR) sədri ilə Si Çzinpinlə görüşündə bildirib.

Agentliyin məlumatına görə, Tillerson Trampın məktubunu Si Çzinpinə çatdırıb və qeyd edib ki, ABŞ prezidenti Çinin dövlət başçısı ilə əlaqələri yüksək qiymətləndirir. ABŞ prezidenti iki liderin görüşünün mümkün qədər tez keçiriləcəyini gözləyir.

Dövlət katibinin sözlərinə görə, Tramp imkan daxilində Çinə səfəri etməyə hazırdır.

Si Çzinpin də öz növbəsində iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsinə münasibət bildirib. “ABŞ və Çinin ortaq maraqları onların arasında fikir ayrılıqlarını xeyli üstələyir. Əməkdaşlıq hər iki tərəf üçün yeganə seçimdir,” – deyə ÇXR sədri bildirib.

O, qeyd edib ki, münasibətlərə uzunmüddətli və strateji nöqteyi-nəzərdən baxmaq lazımdır. Habelə əməkdaşlıq sahələrini genişləndirmək, ümumi fayda strategiyasını qarşılıqlı səmərə ilə həyata keçirmək lazımdır.

Yeniçağ.Az

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv