ABŞ rəsmisindən müəmmalı İran açıqlaması
“İranın nüvə proqramına dair imzalanan sənəd tarixi sənəddir”.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi 6 ay ərzində bu sənədin texniki aspektlərinə baxacaq: “Hələlik sanksiyalar aradan qaldırılmayacaq, bu prosesə altı aydan sonra başlana bilər”.
ABŞ rəsmisi əlavə edib ki, vəziyyətin 6 aydan sonra necə dəyişəcəyi bəlli deyil: “Sözsüz ki, iqtisadi dəyişikliklər olacaq, ümid edirik ki, bu dəyişikliklər müsbət yöndə gerçəkləşəcək”.