!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyanı təhdid etdi

!Reklam – Yazi

“Venesuelada yad hərbi ünsürlər yerləşdirilməsi ilə bağlı qarşı tərəfə ciddi xəbərdarlıq edirik”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton rus hərbçilərin Venesuelada yerləşdirilməsi ilə bağlı açıqlamasında deyib.

O, rus hərbçilərin Venesuelada yerləşdirilməsi məsələsində məhz bu ölkənin dövlət başçısı Nikolas Maduronu ittiham edib:

“Maduro bu hərbi yardımdan öz xalqına qarşı təzyiq vasitəsi kimi istifadə edəcək”.

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams brifinq zamanı jurnalistlərə bildirib:

ABŞ rəsmiləri Rusiya hakimiyyətini Venesuela məsələsində özlərini sərbəst aparmaqla çox da irəli getməməyə səsləyib və bu fəaliyyətə görə Vaşinqtonun növbəti sanksiyalarına məruz qalacaqlarını xatırladıb.

“Mən sadəcə demək istəyirəm ki, bizim fərqli fəaliyyət yanaşmalarımız var. Ruslar burada hər hansı hərəkət üçün tam sərbəst olduqlarını düşünürlərsə, səhv edirlər. Onlar bu haqqa sahib deyillər. Elə addımlar var ki, biz onları iqtisadiyyat, sanksiya planı çərçivəsində tətbiq edə bilərik”, – Abrams belə deyib.

O, həmçinin əlavə edib ki, mümkün tədbirlər haqqında məlumatlar hazırlanaraq, ABŞ Dövlət katibi Mayk Pompeoya təqdim olunub.

www.yenicag.az

17409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv