ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

media-hightechnic-468x90

3b2a67d3a99e4f8ebca03e7ca06f6afdRusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin də sanksiyaya məruz qalıb

Yenicag.az apa-ya istinadən bildirir ki, ABŞ hökuməti Ukraynada yaranmış vəziyyətlə əlaqədar daha bir neçə fiziki və hüquq şəxsə qarşı sanksiyalar tətbiq edib.

Yeni sanksiya siyahısında Viktor Yanukoviçin prezidentliyi dövründə yüksək vəzifə tutmuş bəzi şəxslərin – sabiq baş nazir Nikolay Azarov, onun 1-ci müavini olmuş Sergey Arbuzov və sabiq səhiyyə naziri Raisa Boqatıryovanın adları var.

Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri, Avrasiya İttifaqının ideoloqlarından biri sayılan Aleksandr Dugin siyahıda ən diqqət çəkən simalardan biridir.

Rusiya Federal Miqrasiya Xidmətinin Sevastopoldakı rəhbəri Oleq Kozyura, eləcə də Ukraynanın şərqindəki separatçı rejimlərin bir neçə nümayəndəsi də sanksiyaya məruz qalanlar arasındadır.

Bundan başqa, Rusiya Milli Kommersiya Bankı və Avrasiya Gənclər İttifaqına qarşı da sanksiya tətbiq edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600