ABŞ Şamxaninin oğluna sanksiya tətbiq etdi

media-hightechnic-468x90

ABŞ İranın dini lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şamxani və 50-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.

“Şamxaninin gəmiçilik imperiyası İran və Rusiyadan neft və malların beynəlxalq bazarlara daşınması ilə məşğul olub, rejimə milyardlarla dollar gəlir gətirib”, – məlumatda deyilib.

Sanksiyalar ABŞ-ın İrana qarşı maksimum təzyiq kampaniyasının bir hissəsidir və 2023-cü ildəki sərəncama əsasən verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa