ABŞ səfirinin qətlini təşkil edən İŞİD lideri öldürülüb

media-hightechnic-468x90

30415ABŞ aviasiyasının İraq ərazisinə endirdiyi hava zərbəsi nəticəsində İŞİD liderlərindən biri öldürülüb.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, Pentaqon rəsmisi Stiv Uorren bildirib ki, öldürülən şəxs İŞİD-çi 2012-ci ildə Benqazidə ABŞ səfirliyinə qarşı etiraz aksiyası təşkil edən Tarik əl Xərzidir. Həmin aksiya zamanı ABŞ səfiri və səfirliyin 3 nümayəndəsi qətlə yetirilmişdi.

Tarik əl Xərzi İŞİD üçün döyüş bölgələrinə əsgər göndərirmiş. O, 15 iyun tarixində Mosulda vurulub.

Uorren deyib ki, onun ölümü şimali afrikalı İŞİD-çilərin Suriya və İraqda mövqeyini zəiflədəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa