"ABŞ sərfəli anlaşmalar istəyir": Rusiyanın G-8 ə qayıtması ətrafında GİZLİ PLAN

media-hightechnic-468x90

“Hazırda Almaniya öz nasist keçmişini minimuma endirmək üçün tarixi yenidən yazmaq prosesindədir”

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı tarixçi-politoloq Patrik Uolş (Patrick Walsh) deyib.

media-patrik-ulos-750x403

O, Rusiyanın G-8-ə qayıtması barədə fikirlərini səsləndirib. Politoloq bildirib ki, Prezident Donald Trampın bunu Rusiyanın yenidən inteqrasiyası üçün vasitə kimi istədiyi görünür.

“Burada iki mühüm səbəb var. Birincisi, ABŞ-nin sərfəli anlaşmalar əldə etmək imkanıdır. İkincisi isə digər ölkələrə qarşı Moskva ilə əməkdaşlıq edə bilməsidir. Avropalılar açıq şəkildə Rusiya əleyhinədirlər. Onu soyuqda və təcriddə saxlamaq istəyirlər.

Hazırda Almaniya öz nasist keçmişini minimuma endirmək üçün tarixi yenidən yazmaq prosesindədir. Bunu etmək üçün Alman Milli Sosialistlərini “Rusiya şeytanı” ilə əvəz etməyə çalışır. O, həmin layihə ilə 2022-ci ildən məşğuldur. Bunu həyata keçirmək üçün Rusiyanın demonizə edilməsinə ehtiyac duyur. Almaniya ABŞ-nin Rusiyanı beynəlxalq ictimaiyyət qarşısında “reabilitasiya etmək” cəhdlərindən narazıdır,” – deyə o bildirib.

Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Tramp administrasiyasının hazırladığı “sülh planı”nın müddəalarından birinə daxil olan Rusiyanın G7-yə qayıtması ehtimalını rədd edib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa