ABŞ silah istehsalının sürətini artıracaq

media-hightechnic-468x90

ABŞ silah istehsalının sürətini, o cümlədən müttəfiqlər üçün nəzərdə tutulan istehsalı artırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Biz onları daha sürətli istehsal etməyə başlayacağıq. Amerika hərbi-sənaye kompleksi şirkətlərinə qarşı sərt davranacağıq”, – deyə ABŞ lideri Nümayəndələr Palatasının Respublikaçı fraksiyası qarşısında çıxış edərkən silah istehsalının tempi ilə bağlı bildirib.

“Bizim dünyada ən yaxşı silahlarımız var. Amma onların əldə olunması həddindən artıq çox vaxt aparır”, – deyə Tramp vurğulayıb.

“Biz hərbi-sənaye kompleksi podratçılarına məhsulu daha sürətli istehsal etmələrini söyləyirik”, – o əlavə edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa