!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ şirkəti ilə turizm sektoruna sərmayə qoyuluşu müzakirə edildi

!Reklam – Yazi

ABŞ-nin alternativ sərmayələrin idarə edilməsi üzrə ixtisaslaşmış “Starwood Capital Group” şirkəti ilə Azərbaycanın turizm sektoruna sərmayə qoyulması üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlix ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycanda iqtisadi sferada həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, xarici sərmayədarlar üçün yaradılan imkanlar, energetika, xüsusilə alternativ və bərpa olunan enerji, logistika, turizm və digər istiqamətlər üzrə investisiya qoyuluşu üçün yaxşı fürsətlərin mövcudluğu vurğulanıb, bu sahədə “Starwood Capital Group” şirkəti ilə tərəfdaşlıq potensialı qeyd olunub.

Tərəflər qlobal iqtisadi tendensiyalar fonunda yeni çağırışlar, investisiyaların təşviqi üçün ölkəmizdə görülən işlər və şirkətlə bir sıra sahələrə, o cümlədən, turizm sektoruna sərmayə qoyulması sahəsində əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə aparıcı investisiya şirkətlərindən olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib, mərkəzi ofisi ABŞ-də yerləşir. Şirkət 35-dən artıq ölkədə daşınmaz əmlak, kredit və enerji infrastrukturu sahəsi üzrə investisiya yatırıb. Hazırda qurumun portfel şirkətlərində 5 mindən artıq əməkdaş işləyir.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv