!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

!Reklam – Yazi

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər.

Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Tennessi ştatında keçən il Neşvill məktəbində baş verən atışmada üç uşaq və üç işçi heyəti öldürüldükdən sonra silah qanunları ətrafında qızğın müzakirələr yaşanmışdı. Qanun layihəsi hansı işçilərin silah gəzdirdiyi barədə məlumatların təkcə məktəb rəhbərliyinə və polisə deyil, həm də şagirdlərin valideynlərinə və hətta digər müəllimlərə açıqlanmasını qadağan edir.

Demokratlar bunu təhlükəli hesab etdikləri üçün qanuna qarşı çıxırlar.
“Onlar (müəllimlər) uşaqlarımıza yazmağı və hesablamağı öyrətmək üçün and içiblər, indi biz onları hüquq-mühafizə orqanlarının əməkdaşlarına çeviririk”, – deyə demokratlar etiraz ediblər.

Mənbə: Reuters

COP29

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv