!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ türkiyəli nazirlərə sanksiya qoydu – Türkiyədən cavab

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Maliyyə Nazirliyinin türkiyəli iki nazir ilə əlaqədar açıqladığı sanksiya qərarına etiraz edib.

Yenicag.az xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu məsələyə münasibət bildirərkən ABŞ rəhbərliyini bu qərardan geri dönməyə çağırıb: “İki nazirimizi hədəf alan qərar nə dövlət ciddiyətinə uyğun gəlir, nə də hüquq və ədalət anlayışlarıyla izah edilə bilməkdədir. Hüquq sistemimizə hörmətsizcə müdaxilə xüsusiyyəti daşıyan bu qərar ABŞ ilə əlaqələrimizə ziddir və iki ölkə arasındakı problemlərin həlli istiqamətində davam etdirilən qurtarıcı səylərə böyük zərər verəcəyinə şübhə yoxdur. ABŞ rəhbərliyini bu səhv qərardan geri dönməyə çağırırıq”.

Ağ Ev sözçüsü Sara Sanders Türkiyədə mühakimə olunan amerikalı keşiş Andrew Brunsonun azad edilməsinin vacibliyini səbəb göstərərək Ədliyyə naziri Abdulhamit Gül ilə Daxili İşlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq olunacağını bildirib.

Sanders, sözügedən nazirlərin ABŞ-da olan mal varlıqlarının da blok ediləcəyini qeyd edib.

ABŞ Xəzinə Nazirliyi da yazılı açıqlamasında Gül və Soylunun “Brunsonun həbs olunmasında rol oynadıqları üçün” sanksiyaya məruz qalacağını bildirib.

ABŞ qanunlarına görə, sanksiya siyahısına salınan şəxslərin ABŞ-dakı olabiləcək mal varlıqları blok edilməklə yanaşı, amerika iş adamları ilə əlaqələr qurması da qadağan olunur.

Terror təşkilatları FETÖ və PKK adına 2016-cı il dekabrın 9-da cinayət törətdiyi iddiasıyla həbs olunan ABŞ-lı keşiş Brunson haqqında İzmir Respublika Prokuroru Berkant Karakaya tərəfindən hazırlanan iddianamədə, Brunsonun din adamı görüntüsü ilə terror təşkilatları adına cinayət törətdiyi və ümumi strategiyaları çərçivəsində birlikdə hərəkət etdiyi qeyd olunub.

Brunsonun amerikalı bir əsgərə göndərdiyi 2016-cı il 15 iyul tarixli çevriliş cəhdinin uğursuz olmasından kədər hiss etməsinə dair mesajlara yer verilən iddianaməyə onun mobil telefonundakı “Türkləri silkələyəcək bəzi hadisələri gözləyirdik. İsaya dönmək üçün lazımi şərtlər meydana gəldi. Bir çox Türk keçmişdə də olduğu kimi əsgər gücünə inandı. Ancaq bu dəfə alınmadı” sözləri də əlavə olunub.

Texniki araşdırmada da Brunsonun görüşmədiğini iddia etdiyi FETÖ-nün Ege bölgə imamı Bəkir Baz ilə bir-birlərinə çox yaxın yerlərdə 293 dəfə GSM siqnalı də müəyyən edilib.

www.yenicag.az

2195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv