ABŞ Ukraynanı hədələdi
ABŞ Ukraynanı Rusiya ilə münaqişəyə son qoymaq üçün təklif olunan sazişlə razılaşmayacağı təqdirdə onlara edilən yardımları tamamilə kəsəcəyi ilə hədələyib.
Yenicag.az xəbər verir ki, bu barədə “ABC News” nəşri vəziyyətlə tanış olan yüksəkvəzifəli Ukrayna rəsmisinə istinadən məlumat verib.
Mənbə qeyd edir ki, buraya hava hücumundan müdafiə raketlərinin tədarükünün kəsilməsi, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması daxil ola bilər.
Xatırladaq ki, daha əvvəl İsveçrədə ABŞ-nin Ukrayna üzrə sülh planı üzrə danışıqlar keçirilib. ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında görüş 23 noyabr axşamı başa çatıb. ABŞ dövlət katibi Marko Rubio sammitdən sonra tərəflərin irəliləyiş əldə edilməsinə müvəffəq olduğunu bildirib. Qeyd edib ki, münaqişənin nizamlanması planı üzərində iş davam etdiriləcək./Oxu.Az/












