ABŞ və Ermənistan “Tramp marşrutu” ilə bağlı birgə işçi qrup yaratdı

media-hightechnic-468x90

Ermənistan və ABŞ Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu Layihəsi (TRIPP) üzrə əldə edilən razılaşmaların həyata keçirilməsi üçün işə başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Erməni baş nazir Nikol Paşinyanla İrəvanda keçirilən görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker avqust ayında Vaşinqtonda keçirilən görüşdə əldə edilən ikitərəfli razılaşmaların həyata keçirilməsi və “Tramp marşrutu”nun həyata keçirilməsi məqsədilə birgə işçi qrupunun fəaliyyətə başladığınıelan edib.

Hökumətin mətbuat xidməti dövlət katibinin müavininə istinadən bildirib ki, ABŞ və Ermənistan arasında davam edən əməkdaşlıq, Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə birlikdə Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət yolu kimi açılması üçün perspektivlər yaradır.

Huker həmçinin qeyd edib ki, səfərin məqsədi ticarət, investisiya, infrastruktur, regional kommunikasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etməkdir.

Paşinyan öz növbəsində bildirib ki, Ermənistanla ABŞ arasında əməkdaşlıq yeni səviyyəyə çatıb və bu tərəfdaşlıq həm hökumət, həm də Ermənistan ictimaiyyəti tərəfindən yeni şəkildə qəbul edilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa