ABŞ və Kuba arasında birbaşa telefon əlaqəsi bərpa olundu
ABŞ və Kuba arasında birbaşa telefon əlaqəsi bərpa edilib. Yenicag.az musavat-a istinadən xəbər verir ki, məlumatı France Presse” Kubanın ETECSA rabitə operatoruna istinadən yayıb.
“ABŞ və Kuba arasında telefon rabitəsi ilk növbədə beynəlxalq səsli zənglər üçün bərpa edilib”, – operatorun məlumatında deyilir.
Qeyd edək ki, iki lkə arasında rabitə 1960-cı ildən sonra dəfələrlə kəsilib və bərpa edilib. Sonuncu dəfə əlaqə 1999-cu ildə kəsilib.
ABŞ bundan əvvəl Kubadan mal idxalına məhdudiyyətləri yüngülləşdirib.