!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ və Rusiya Türkiyəyə Afrində əməliyyat keçirməyə mane ola bilməz” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Bölgə tam şəkildə bir tərəfdən Türkiyənin, digər tərəfdənsə Suriya Milli Ordusunun mühasirəsinə düşəcək”.

Rusiyalı ekspert, Yaxın Şərq üzrə mütəxəssis Kirill Semyonov Yenicag.ru-ya müsahibəsində Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyat ərəfəsində yaranmış vəziyyəti dəyərləndirib.

– Türkiyənin Baş Qərargahı hazırda kürdlərin nəzarətində olan Suriyanın Afrin şəhərində əməliyyata hazır olduqlarını bəyan edib. ABŞ və Rusiya Türkiyənin Afrində əməliyyat keçirməsinə necə yanaşacaq?

– Türkiyənin Afrində əməliyyat keçirməsi çoxdan planlaşdırılır və bu kürd məntəqəsinin nəzarətə götürülməsi üçün müxtəlif variantlar nəzərdən keçirilir. Ancaq hələlik məsələ atışmadan o yana keçməyib. Ona görə də, Türkiyənin Afrinlə bağlı bəyanatlarına müəyyən qədər skeptik yanaşılır. Ancaq ötən bəyanatlarla müqayisədə qeyd olunmalıdır ki, Türkiyə hazırda daha qətiyyətli görünür.

Buna təsir göstərən amillər sırasında Suriya Milli Ordusunun yaradılmasını, o cümlədən, Mövlud Çavuşoğlunun Rusiyadan hərbi əməliyyatların dayandırıldığı zonalarda atəşkəs rejiminə əməl olunmasını tələb etməsini göstərə bilərik. Bütün bu addımlar Afrini məhz suriyalıların köməyi ilə azad etməyə hesablanıb. Çünki Türkiyə böyük ehtimalla Afrin əməliyyatını tək öz hərbi qüvvələri ilə aparmayacaq.

İndi Ərdoğan elə bir vəziyyətdədir ki, Afrin əməliyyatını Suriya müxalifətinin dəstəyi olmadan keçirə bilmir. Buna görə də, müxalifətə Əbu Duhurda hökumət qüvvələrinin hücumunu dəf etməyə yardım göstərir. Bu yardım sayəsində hökumət qüvvələrinə uğurla müqavimət göstərilir.

Əgər Türkiyə Afrində əməliyyat keçirərsə, ABŞ və Rusiya çətin ki buna mane ola bilsin. Çünki Afrində Amerika hərbi kontingenti yoxdur. Rusiya isə Afrində kiçik müşahidə qrupu saxlayır və o da tezliklə oradan çıxarılacaq. Bu baxımdan, Rusiyanın sözügedən əməliyyata mane olması mümkün deyil. İndi diqqət yetirilən məsələ Türkiyənin Afrin bölgəsini bütövlükdə, yoxsa qismən nəzarətə götürəcəyidir. Orada kürdlərin yerli əhalidən formalaşdırılmış 10 minlik ordusu var.

Odur ki, əgər Türkiyə bölgəni tam olaraq tutsa, bu, müəyyən çətinliklər yarada bilər. Çünki Suriyada vətəndaş müharibəsi başlayandan bu yana heç bir qüvvə ora girə bilməyib və bölgədəki əhali PYD-ni dəstəkləyir. Buna görə də, bölgənin nəzarətə götürülməsi yetərincə mürəkkəb məsələdir. İlkin olaraq, Afrinin şimalından keçərək, Tel-Rifatı nəzarətə götürmək olar. Bununla da bölgə tam şəkildə bir tərəfdən Türkiyənin, digər tərəfdənsə Suriya Milli Ordusunun mühasirəsinə düşəcək və Ankara üçün daha hər hansı təhdid yaratmayacaq.

– PYD-nin zərərsizləşdirilməsi və tərksilah edilməsi nə dərəcədə realdır?

– Onların tərksilah olmağa razılıq vermələrindən danışmağın yeri yoxdur. Çünki bu, onların mənsubiyyətini itirmələri demək olar. Mən təsəvvür etmirəm ki, onlar bununla razılaşsınlar. Ora təmiz kürd bölgəsidir və əhalisi də kürddür.

– Deyirsiz, ABŞ və Rusiya Afrin əməliyyatında Türkiyəyə mane olmayacaq. Ancaq bu ölkələr kürdləri dəstəkləyirlər axı…

– Hazırda orada nə amerikanlar, nə də ruslar var. Həmin bölgə demək olar ki təcrid vəziyyətindədir, sadəcə olaraq, hökumət qüvvələrinin nəzarətində olan dar dəhlizə malikdir. Əgər Afrinə Əl-Babdan hücum edilərsə, o zaman kürdlər arxadan Mənbicə zərbə endirə bilərlər. Bu isə Türkiyə ilə arxasında ABŞ dayanan kürdlər arasında genişmiqyaslı müharibəyə səbəb ola bilər.

Əgər Suriya müxalifəti iki cəbhədə – Afrin və Mənbicdə döyüşmək məcburiyyətində qalarsa, o halda kürdlər say üstünlüyü əldə edəcəklər. İndi əsas problem Mənbic istiqamətindən ola biləcək hücumdur. Hazırda Raqqanı azad etmiş kürdlərin sərbəstliyi var, onlar oradan Mənbicə ordu yeridə bilərlər. Ona görə də Türkiyənin ABŞ və Rusiyadan təminat alması vacibdir. Çünki Türkiyə bütün riskləri gözə alaraq, Afrində əməliyyata başlayarsa, o zaman Mənbicdən zərbə ala bilər.

– Bəs Mənbicə hücum ehtimalı nə dərəcədə realdır?

– Təbii ki, bu mümkündür. Ancaq orada ABŞ-ın hərbi bazaları var. Digər tərəfdən, kürdlər oraya böyük ordu yeridə bilərlər. Türkiyə hazırda o əməliyyatlar üçün 20 minlik kontingentə əsaslanıb. Kürdlər isə 40 minlik orduya malikdirlər və bu vəziyyətdə özləri də hücuma keçə bilərlər.

www.yenicag.az

2396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv