ABŞ və Ukrayna nümayəndələri bu gün yenidən görüşəcəklər
ABŞ Prezidentinin sülh üzrə xüsusi elçisi Stiv Uitkofla Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatovla Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə məsləhətləşmələri davam etdirmək üçün yenidən görüşəcəklər.
Yenicag.az xəbər verir ki, bu barədə Uitkoff sosial şəbəkədəki səhifəsində yazıb.
“Tərəflər müzakirəni davam etdirmək üçün sabah (bu gün – red.) yenidən görüşəcəklər”, – paylaşımda deyilir.
O, həmçinin qeyd edib ki, tərəflər Amerika və Rusiya rəsmiləri arasında dekabrın 3-də Moskvada baş tutan görüşün nəticələrini müzakirə ediblər.












